Prokurorluğun müstəntiqindən şikayət olundu

Prokurorluğun müstəntiqindən şikayət olundu
20:39 18-04-2020 | icon 586

Sabunçu Rayon Məhkəməsinə rayon prokurorluğunun böyük müstəntiqi Sadıqov Kamran İlham oğlunun qanunsuz hərəkətlərindən şikayət olunub. 

Məlumata görə, Rzayev Samir Teymur oğlu müstəntiqin onun cinayət işini obyektiv aparmamasından şikayət edib. Belə ki, ev alqı-satqısı ilə məşğul olan Samir Rzayev barəsində cinayət məcəlləsinin 178.32-ci və 320.1-ci maddələri ilə Sabunçu Rayon prokurorluğunda cinayət işi olub. 

Şikayətçinin iddiasına görə, məhz Kamran Sadıqovun cinayət işini obyektiv araşdırmaması səbəbindən o, 10 il müddətinə azadlıqdam məhrum edilib. 

Mənbə yenisabah.az




1.853844165802