Sabiq icra başçısı şəhid ailələrinə və veteranlara yardım göndərib

Sabiq icra başçısı şəhid ailələrinə və veteranlara yardım göndərib
18:38 11-04-2020 | icon 2854

Beyləqanın sabiq icra başçısı Vaqif Abdullayev 218 şəhid ailəsinə və 145 Müharibə Veteranlarına və Əlillərinə yardım payı göndərib.

“MillətinSəsi.info” xəbər verir ki, Vaqif Abdullayev 7 ilə yaxın bir müddətdə Beyləqan rayonuna başçılıq edib. Məhz V. Abdullayevin başçılığı illərində Beyləqan rayonunda tikinti, abadlıq – quruculuq işləri geniş füsət almış, eyni zamanda da bir sıra dövlət əhəmiyyətli inzibati resurslu binalar, ictimai və sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.

Vaqif Abdullayev həm bir icra başçısı – bir dövlət məmuru kimi, həm də adi bir vətəndaş kimi müsbət keyfiyyətlərə xas olan bir insan idi. Heç vaxt onunla sakinlər arasında süni əngəllər, baryer olmayıb.

O hər kəs üçün əlçatan idi. Bir çox müsbət dəyərləri özündə cəmləşdirən Vaqif Abdullayev elə o yüksək, mədəni keyfiyyətlərinə və insani dəyərlərinə görə də bir çox insanların qəlbində və zehinində “yaxşı adam” obrazı yaratmışdır. Ona görə də bu gün onu tanıyan, onunla ünsiyyət quran hər bir şəxs onu “yaxşı adam idi” deyərək xatırlayırlar.

Vaqif Abdullayev vəzifəsinin icrasından irəli gələrək bir icra başçısı, rayonun bir ağsaqqalı kimi hər zaman əhaliylə sıx-sıx görüşlər keçirərdi, onların problemlərini dinləyib, qayğı göstərər, eləcə də onların təkliflərini belə nəzərə alıb ona uyğunda addım atar, zərurət yaradıqda belə daxili imkanlarından  istifadə etməklə onların təklif və fikirlərinin həyata keçirilməsində köməklik göstərərdi. Elə necə ki, bu gündə o hər bir beyləqanlıya həssaslıqla yanaşır, onlara öz daxili imkanları sayəsində yardımlar edir, köməkliklər göstərir.

Baxmayaraq ki, bu gün Vaqif Abdullayev Beyləqan rayonunda başçı deyil. Ancaq bir məsələ var ki, o hələ də bu rayona, bu rayonun əhalisinə sonsuz qayğıyla, məhəbbələt yanaşır, çətinliklərlə üzləşən insanlara kömək əli uzadır. Bu da onun müsbət xüsusiyyətlərindən birdir. Ki, sabiq başçı vaxtı ilə rəhbərlik etdiyi rayonu, bu rayonun zəhmətkeş, əməksevər sakinlərini unutmayıb. Məhz elə Vaqif Abdullayev hər zaman rayon sakinlərini yad edir, onlarla sıx əlaqə saxlayır, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərir.

Məlumdur ki, bu günlərdə də ölkədə  koronavirus pandemiyasına xüsusi karantin rejimi tətbiq edilmişdir. Karantin rejiminin tətbiq edilməsi əhalinin bu virusdan qorunması, onların sağlam və təhlükəsiz yaşamasını təmin etməkdir.

Söz yox ki, karonavirus pandemiyasının yayılması ölkəmizdə bir çox sahələrə ciddi təsirini göstərməklə fəsadlar yetirmiş, fərdi sahibkarlıq, iaşə obyektlərinin, muzdlu işləyənlərin iş yerlərinin bağlanmasına və.s sahələrə də təsir etmişdir. Belə bir həssas dönəmdə bir çox insanlarımız işsizliklə üzləşmiş, sosial müdafiəyə ehtiyacı olanların ehtiyacları artmışdır.

Sössüz ki, Beyləqan rayonu da koronavirus pandemiyası “qurbanına” çevirilmşdir. Bu rayonda da bir çox insanlar işsizliklə üzləşmiş, sosial – məişət problemləri artmışdır.

Belə bir ağır şəraitdə isə Vaqif Abdullayev rəhbərlik etdiyi Beyləqan rayonunda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələrinə yardım göstərməklə böyük humanizm nümayiş etdirib.

Belə ki, sabiq İcra başçısı Vaqif Abdullayev Beyləqan rayonu daxil olmaqla kəndə və qəsəbələrdə  yaşayan, ümumilikdə 363 ailəyə – 218 şəhid ailəsi olmaqla, 145 müharibə əlilləri və veteranlarına yardım edib. Vaqif Abdullayev hər bir ailəyə çatacaq yardımların paylanılması missiyasını Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi Beyləqan Rayon Təşkilatına həvalə edib.

Mənbə Realmedia.az

         




1.7542769908905