Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu

Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu
17:49 25-03-2020 | icon 74

Rusiyada gələn həftə – martın 31-dən aprelin 5-dək qeyri-iş günləri elan olunub.

Bfm.ru-nun məlumatına görə, bu barədə RF Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı elan edib.

O bildirib ki, hazırda ən təhlükəsiz tədbir evdə qalmaqdır.

Prezident onu da vurğulayıb ki, növbədənkənar istirahət günlərinin əməkhaqları tam ödəniləcək.