“Barselona” koronavirusa görə oyunçularını satışa çıxarır

“Barselona” koronavirusa görə oyunçularını satışa çıxarır
17:07 25-03-2020 | icon 169

Futbol üzrə İspaniya çempionatında yaranmış fasilə və Çempionlar Liqasının dayandırılması səbəbindən zərərə uğrayan “Barselona” klubu maliyyə xərclərini ödəmək üçün səkkiz oyunçusunu satışa çıxara bilər.

Bu barədə Sport.es xəbər yayıb.

Klub yayda heyətini yenidən qurmaq niyyətindədir. Bəzi mövqeləri gücləndirmək üçün bir neçə futbolçu Kataloniya komandasından ayrıla bilər.

Nəşrin məlumatına görə, “Barselona” səkkiz oyunçu üçün təklifləri nəzərdən keçirəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə yaranan fasilə səbəbindən əksər Avropa liqalarında klubların gəlirləri azalıb. İtaliya Futbol Federasiyasının rəhbərliyi yerli klublara maaşları az olan oyunçularla yeni müqavilələr bağlamaq üçün fürsət verməyə hazırdır. Futbolçuların qazancının 30 faizədək azalacağı gözlənilir.