Koronavirusun episentrində avtobusların hərəkəti bərpa edildi - VİDEO

Koronavirusun episentrində avtobusların hərəkəti bərpa edildi - VİDEO
15:07 25-03-2020 | icon 46

İki aylıq karantindən sonra Çinin Uhan şəhərində 117 avtobus xətti açılıb.

Bu barədə RT xəbər yayıb. 

Məlumata görə, aprelin 8-də məhdudiyyət tamamilə götürüləcək. 

Bununla bağlı yayımlanan kadrlarda sərnişinlərin temperaturunun yoxlanıldığı görünür. Bundan sonra isə “Sağlamlıq kodu” tətbiqi vasitəsilə QR-kod skanerdən keçirilir.

Bu sistemlə sakinlərin şəhərdə hərəkətini izləmək və kimlərin yoluxmuş şəxslərlə təmasda olduğunu öyrənmək mümkündür.

Qeyd edək ki, bu gündən etibarən Hubey əyalətində də karantin ləğv olunub. Regionda üç aeroport artıq işini bərpa edib.

Son məlumatlara görə, epidemiya zamanı ölkədə 81212 yoluxmuş şəxs qeydə alınıb, onlardan 73650 nəfəri sağalaraq evə buraxılıb. Bu, 90 faizdən bir az artıq göstəricidir.