UFC-nin rəhbəri: “Həbib hər gün mənə “döyüş yerini yaz” deyir” - VİDEO

UFC-nin rəhbəri: “Həbib hər gün mənə “döyüş yerini yaz” deyir” - VİDEO
13:56 25-03-2020 | icon 140

“Döyüşün harada keçiriləcəyini bilirəm. Ancaq bunu açıqlamağa hələ hazır deyiləm. Çox şeyləri artıq müəyyənləşdirmişik... Bu döyüş gecəsində tamaşaçılar olmayacaq. Döyüş tamaşaçılar üçün qapalı zalda keçiriləcək”.

milletinsesi.info xəbər verir ki, bunu UFC-nin rəhbəri Deyna Vayt jurnalist Kevin Ayole ilə “Instagram”da canlı danışıq zamanı deyib.

O, rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyusonun aprelin 18-nə təyin olunmuş döyüşün yerinin 99,9 faiz dəqiqləşdiyini bildirib: “İnanın mənə, Həbib hər gün “döyüş yerini yaz” deyir. Artıq bunu müəyyənləşdirmişik. Bu 99,9 faizdir. Aprelin 18-də bu döyüş olacaq.

Biz bir sıra problemlərlə üzləşəcəyik. Buna əminəm. Problemlər həmişə var. Amma bu döyüşlərin tanınması üçün bir yol tapacağıq.

İnanın, biz yalnız koronavirus ortaya çıxanda təhlükəsizlik haqqında düşünməyə başlamamışıq. Sağlamlıq və təhlükəsizlik qaydaları koronavirusdan daha əvvəl etdiyimiz bir şeydir”.

Qeyd edək ki, ABŞ-da 784 nəfər koronavirusdan dünyasını dəyişib. Bu səbəbdən ABŞ-ın Nyu-York şəhərində keçirilməli olan UFC-249 döyüşü başqa məkanda keçiriləcək.

Səbuhi Musayev