Etirazçılar MSK-nın şöbə müdirini içəri buraxmayıblar 

Etirazçılar MSK-nın şöbə müdirini içəri buraxmayıblar 
14:28 15-02-2020 | icon 102

“Ola bilər ki, hansısa məqsəd üçün təxribat xarakterli addımlar atsınlar”. 

milletinsesi.info-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar bəzi namizədlərin etirazlarına münasibət bildirərkən deyib. 

O bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır. 

“Amma durub MSK-nın şöbə müdirini içəri buraxmırlar. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.