Baku Steel Company fəaliyyəti dayanıb?! - Rasim Məmmədov milyard dolları xaricə daşıyır

Baku Steel Company fəaliyyəti dayanıb?! - Rasim Məmmədov milyard dolları xaricə daşıyır
14:01 15-02-2020 | icon 459

Paytaxtın ən iri poladəritmə istehlakçısı olan "Baku Steel Company" zavodunda istehsal dayandırılıb.

MillətinSəsi.info  xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Rasim Məmmədovun rəhbərlik etdiyi zavodda 4 gündür ki, istehsal prosesi dayandırılıb.

Bir müddət öncə isə R. Məmmədov Azərbaycandan milyardlarla dollar vəsaitini çıxardaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində və Qazaxıstanda yeni zavodlar açıb. Ona bu işlərdə türk ortağı kömək edib.

Oxucuların nəzərinə çatdıraq ki, hələ 2018-ci ilin aprelin 3-də məşhur azərbaycanlı iş adamı, “Baku Steel Company”nin sahibi Rasim Məmmədov və Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyev arasında məsləhətləşmələr aparılıb.

Azərbaycanlı iş adamı, “Baku Steel Company”nin sahibi Rasim Məmmədov Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşdə bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sahibkarlıq mühitinin inkişafı, investisiya şəraitinin çiçəklənməsi, sürətli iqtisadi islahatlar və investorlar sinfinin yaranması prosesi barədə məlumatlandırıb.

Azərbaycanlı sahibkar bildirib ki, Özbəkistanın yeni prezidenti Şövkət Mirzəyevin iqtisadi islahatlar kursu ilə yaxından maraqlanır və bu ölkədə baş verən prosesləri izləyir. R.Məmmədov xalqlarımız arasında tarixi və mədəni birliyi, dövlətlərimizin strateji tərəfdaşlığını və siyasi ittifaqını (Özbəkistan hələ də Ermənistanla diplomatik münasibətlər qurmayıb və rəsmi Yerevanın işğalçılıq siyasətini ittiham edir), yeni iqtisadi şəraiti nəzərə alaraq, Özbəkistan iqtisadiyyatına investisiya yatırmaq qərarına gəldiyini qeyd edib.

Belə ki, azərbaycanlı sahibkar Özbəkistanda dəmir-xəlitə və metallurgiya zavodlarının tikintisi imkanlarını araşdırır. R.Məmmədov səfiri məlumatlandırıb ki, may ayında Azərbaycanda da analoji dəmir-xəlitə zavodu layihəsinin gerçəkləşdirilməsinə başlanacaq. Diplomat Daşkəsən Dağ-Mədən Kombinatının inkişafına 1 milyard dollar həcmində investisiyanın cəlb edilməsi ilə bağlı ətraflı məlumat alıb. Ümumilikdə, azərbaycanlı iş adamı Özbəkistan iqtisadiyyatına 150 milyon dollara yaxın investisiya yatırmaq niyyətindədir.

masin

Zaman-zaman Azərbaycanlı iş adamı, “Baku Steel Company”nin sahibi Rasim Məmmədovun özünə 1 milyon dollar dəyərində avtomobil alması barədə də məlumatlar yayılmışdı.bahalı avtomobil kolleksiyası olan Rasim Məmmədov qiyməti 1,2 milyon dollar olan "Mercedes G63 AMC İNCAS" maşını gətizdirib.

Bu maşının bir özəlliyi də ondan ibarətdir ki, onun zirehli avtomobillər kateqoriyasına aid olmasındadır. "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri avtomobilinə 10-AB-784 dövlət qeydiyyat nişanını sifariş edib. Bu nömrə də xüsusi məna kəsb edir. Belə ki, iş adamının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-dür.

Xatırladaq ki, "Baku Steel Company" poladəritmə zavodu 2001-ci ildən eyni adla müxtəlif çeşidli məhsullar istehsal edir.

P.S. Məsələ ilə bağlı iş adamı, “Baku Steel Company”nin sahibi Rasim Məmmədovla əlaqə yaratmağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfində münasibətin ictimailəşdirməyə hazırıq.