Ağ Ev: “Koronavirusun yayılması ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək”

Ağ Ev: “Koronavirusun yayılması ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək”
13:07 15-02-2020 | icon 79

Koronavirusun yayılması ABŞ iqtisadiyyatına ilin ilk rübündə mənfi təsir göstərəcək.

Bu barədə ABŞ Prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Lourens Kadlou “Fox News” telekanalında danışıb.

O qeyd edib ki, koronavirusun yayılması ÜDM-in (Ümumi Daxili Məhsul) artımına ilin ilk rübündə mənfi təsir göstərəcək.

Qeyd edək ki, L.Kadlou bir neçə gün əvvəl Çindəki epidemiyanın ABŞ iqtisadiyyatında heç bir itkiyə səbəb olmayacağını bildirib.