Bakıda "Eniqma" klubda DAVA: Mühafizəçi müştərini döydü!

Bakıda "Eniqma" klubda DAVA: Mühafizəçi müştərini döydü!
10:14 15-02-2020 | icon 337

Bakıda döyülmə hadisəsi baş verib.

MillətinSəsi.info xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda yerləşən "Eniqma" gecə klubunda qeydə alınıb. 

Belə ki, 1985-ci il təvəllüdlü Vəliyev Gülverdi Rafael oğlu döyülüb.

O, ağır bədən xəsarətləri alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanın yaxınlarının sözlərinə görə, gecə klubunun mühafizəçisi ilə Vəliyev Gülverdi arasında mübahisə yaranıb, nəticədə 35 yaşlı şəxs döyülərək bədən xəsarətləri alıb.  

Faktla bağlı araşdırma aparılır.