Azərbaycanda oğulun atasını vəhşicəsinə qətlə yetirməsinin TƏFƏRRÜATI

Azərbaycanda oğulun atasını vəhşicəsinə qətlə yetirməsinin TƏFƏRRÜATI
09:56 15-02-2020 | icon 337

Qubada 19 yaşlı oğulun atasını bıçaqla qətlə yetirməsinin təfərrüatı məlum olub.

Birinci Nügədi kənd bələdiyyəsindən milletinsesi.info-a verilən məlumata görə, kənd camaatı hadisədən səhər saat 5 radələrində xəbər tutub.

“19 yaşlı Şükürov Mətləb Bəşarət oğlu öz atası - 60 yaşlı Şükürov Bəşarət Ramazan oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisəni hansı səbəbdən törətdiyini bilmirik.

Ailədə heç bir münaqişə olmayıb. Atası Rusiya vətəndaşı idi və kəndə dünən gəlmişdi. Səhər saat 5 radələrində məsələdən xəbər tutduq. Hazırda araşdırma aparılır”, - bələdiyyə sədri Babək Orucov saytımıza açıqlamasında vurğulayıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu barədə ilk məlumatı APA yayıb.