ABŞ Aİ-dən idxal olunan təyyarələrə rüsumu artırır

ABŞ Aİ-dən idxal olunan təyyarələrə rüsumu artırır
05:21 15-02-2020 | icon 88

ABŞ hökuməti martın 18-dən etibarən Avropa İttifaqından (Aİ) idxal olunan təyyarələrə rüsumları 15%-ə qədər artırır.

TASS bildirir ki, bu barədə ticarət müzakirələrində ABŞ nümayəndəsi aparatının cümə günü yayılmış bəyanatında deyilir.

 “ABŞ Aİ-dən idxal etdiyi təyyarələrə rüsumları 10%-dən 15%-ə qədər artırır, qərar 18 mart tarixində qüvvəyə minir”, - deyə məlumatda bildirilir.