Piyadanın qəfil yola çıxması qəzaya səbəb olub, xəsarət alan var - VİDEO

Piyadanın qəfil yola çıxması qəzaya səbəb olub, xəsarət alan var - VİDEO
03:28 15-02-2020 | icon 331

Şər vaxtı paytaxtın Nizami rayonunda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. 

MillətinSəsi.info bildirir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. 

İlkin məlumata görə qəzaya səbəb “Reanult” markalı avtomobilin qarşısına piyadanın çıxması olub. 

Bu zaman eyni istiqamətdə olan iki “Opel” və “Mitsubishi” markalı minik maşınları ara məsafələrini düzgün təyin etmədiyindən bir-birinə çırpılıb. 

Hadisə nəticəsində “Opel Astra”da olan bir nəfər sərnişin Abbasov Nicat Telman oğlu xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. 

Avtoqəzanın təfərrüatları aparılan araşdırmanın sonunda bəlli olacaq.