Ağstafada avtomobil aşıb, bir ailədən ölən və yaralananlar var

Ağstafada avtomobil aşıb, bir ailədən ölən və yaralananlar var
22:28 14-02-2020 | icon 118

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosu xəbər verir ki, avtoqəza rayonun Kor Xəlifəli kəndində qeydə alınıb.

Məlumata görə, “VAZ 2106” markalı minik maşını yoldan çıxaraq aşıb.

Nəticədə sərnişinlərdən biri - 1959-cu il təvəllüdlü İsmayılova Sara Əsəd qızı dünyasını dəyişib. Avtomobildə olan digər üç nəfər - 1987-ci il təvəllüdlü İsmayılova Gülnar Malik qızı, 1986-cı il təvəllüdlü İsmayılov Fərrux Şöhrət oğlu və 2013-cü il təvəllüdlü İsmayılov Turxan Fərrux oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.