Məşhur modelin restoranda uşağını əmizdirməsi izləyiciləri qəzəbləndirdi - FOTO

Məşhur modelin restoranda uşağını əmizdirməsi izləyiciləri qəzəbləndirdi - FOTO
22:07 14-02-2020 | icon 201

Bir neçə ay öncə ana olan 32 yaşlı Eşli Qrem restoranların birində nahar edən zaman hamının gözü qarşısında övladına süd verib.

milletinsesi.info xəbər verir ki, “Ana olmaq həm mənəvi, həm də fiziki cəhətdən çox çətindir”, - deyə, kompleksiz model addımını belə izah edib. Beləcə Qrem, ictimai yerlərdə ana südü ilə qidalanmağın tərəfdarı olan analardan biri olduğunu nümayiş etdirib.

Həmin anları çəkib, sosial media hesabında paylaşan Eşlini izləyicilər şərh yağışına tutub. Modelin bu addımını qınayanlar da tapılıb, bəraət qazandıranlar da.

E.Qrem yeganə məşhur deyil ki, açıq şəkildə uşağının əmizdirməyini sosial şəbəkədə paylaşır. Belə ki, model Krissi Tregen ictimai yerdə, hamının gözü önündə oğlu Maylzı əmizdirib və “Instagram” hesabında paylaşıb.

Rusiyalı model Natalya Vodyanova isə sosial media vasitəsi ilə bütün qadınlara səslənərək övladlarını ana südü ilə qidalanmağa çağırıb. Qadınların ictimai yerlərdə uşaqları əmizdirməsinə qarşı çıxan insanları isə sərt şəkildə tənqid edib.

Rəşad Əliyev