Gəncə Dövlət Univesiteti tələbəsinin uğuru

Gəncə Dövlət Univesiteti tələbəsinin uğuru
15:42 13-02-2020 | icon 4918

Gəncə Dövlət Univesitetinin biologiya – kimya fakültəsinin III kurs tələbəsi Fidan Vəliyeva “Mevlana Değişim Proqramı” çərçivəsində Türkiyənin Bolu Abant İzzet Baysal Universitetində təhsilini uğurla başa çatdıraraq geri qayıtmışdır.

Tələbəmiz məhz bu müddət ərzində ixtisası ilə əlaqədar 3 akademik məqalə, 2 referans məktubu ilə çıxış etmişdir. Həmçinin həmin universitetdə baş tutan bir çox tədbirlərdə iştirak etmişdir. Abant İzzet Baysal Universitetinin rektoru Prof. Dr. Mustafa Alişarlı ilə də görüşən tələbəmiz burada Azərbaycandan gələn tələbələr üçün yaradılan şəraitin möhtəşəm olduğunu söyləyərək, təşəkkürlərini bildirmişdir.
Bu günlərdə qayıdan tələbə Fidan Vəliyeva universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətində olmuş, təəsürratlarını bölüşmüşdür.
O demişdir: “Rektor Mustafa bəylə görüş zamanı həmsöhbət olarkən ona Azərbaycandan gəldiyimi söyləyəndə mənimlə daha səmimi söhbət edərək burada hər hansı problemlə üzləşəcəyim təqdirdə ona müraciət etməyimi söyləmişdir. Mən orada olarkən Azərbaycan Türkiyə arasındakı qardaşlığın necə böyük və dəyərli olduğunun bir daha şahidi oldum.
Bu cür proqramların davamlı olması universitetimizin gəncləri üçün möhtəşəm bir şansdır. Hansı ki, bu cür proqramlara qatılarkən həm Azərbaycanımızı, həm də universitetimizi beynəlxalq platformalarda tanıdaraq təhsilimizdə gələcəyə doğru güclü bir addım atmış oluruq. Bu isə bizim üçün çox fəxredici bir haldır. Bu cür şansı bizə verdiyi üçün hər iki universitetə Gəncə Dövlət Universiteti və Bolu Abant İzzet Baysal Universitetinə təşəkkürümü bildirirəm. Ayrıca bu zaman ərzində mənə dəstək olan hörmətli rektorum Prof. Yusif Yusibova, dekanım dosent İsbəndiyar Alverdiyevə və univesitetimizin əməkdaşlarına dərin təşəkkür edirəm.“
gdu telebe
gdu telebe3gdu telebe2gdu telebe1