Niyam Salami qəzəbləndi: “Çimərliklər bizi biabır edir” - VİDEO

Niyam Salami qəzəbləndi: “Çimərliklər bizi biabır edir” - VİDEO
16:49 14-02-2020 | icon 460

“Zülfiyyə Xanbabayevanın geyimlərinə və tərzinə heyranam. Açıq-saçıq geyindiyini görməmişəm”.

milletinsesi.info xəbər verir ki, bu sözləri müğənni Niyam Salami ARB TV-də yayımlanan “Ona qalsa” səhər şousunda deyib.

Proqramda qonaq olan sənətçi çimərliyə gedən xanımları tənqid edib:

“Çimərliklər bizi biabır edir. Onları hamam kimi ayırsalar, yaxşı olardı. Qadınlar ayrı, kişilər də ayrı çimsin.  

Çimərliyə ailəmlə getmərəm. Ədəb-ərkan yaxşı şeydir. Restorana gedirsən, yanında xanım olanda özünü yığışdırırsan. Qadın abırdır, ərkandır, qeyrətdir. Mən 5 bacının namusu, qeyrəti ilə yaşamışam”.

Rəşad Əliyev