Nigar Arpadarai Konstitusiya Məhkəməsinin qərarını gözləmədi, özünü deputat elan etdi

Nigar Arpadarai Konstitusiya Məhkəməsinin qərarını gözləmədi, özünü deputat elan etdi
16:43 14-02-2020 | icon 611

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

MSK-nın açıqladığı nəticəyə görə 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Nigar Arpadarai seçicilərin 42.3 faizinin səsini qazanaraq deputat seçilib. 


Qlobal.az xəbər verir ki, MSK-nın bu açıqlamasından sonra Nigar Arpadarainin vikipediyasına dəyişiklik edilərək millət vəkili olduğu qeyd edilib. 

Qeyd edək ki, mövcud qanunvericiliyə görə Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının protokollarını yoxlamalı və  Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Konstitusiya Məhkəməsi isə qəbul etdiyi sənədlərin  Seçki Məcəlləsinə uyğunluğunu yoxladıqdan sonra seçkilərin yekunlarını təsdiq edir.
1581646641_86295340_10157762963531421_1835297992970600448_o