Rəqsanə əri Fazili klipinə çəkdi - VİDEO

Rəqsanə əri Fazili klipinə çəkdi - VİDEO
16:35 14-02-2020 | icon 191

İkinci dəfə ailə həyatı qurub Moskvaya köçən Rəqsanə İsmayılova əri Fazil Əmiraslanovla tanış olmalarının səkkizinci ilinə həsr etdiyi klip çəkdirib.

milletinsesi.info xəbər verir ki, musiqisi və sözləri Elçin Məhərrəmova məxsus “Həyatıma xoş gəldin” bəstəsini ekranlaşdıran sənətçi “Instagram” hesabında klipini paylaşaraq bu sözləri yazıb:

“Həyatıma xoş gəldin. İlk dəfə bu sözü sənə 8 il öncə dedim. Bu ekran işi bizim sevgi hekayəmizim başlanğıcından bəhs edir. Hər zaman sizinlə kədərimi, dərdimi bölüşdüyüm kimi, bu gün də xoşbəxt günümü paylaşıram.

Çox həyəcanlıyam. Həm yeni ifamın, klipin həyəcanı, həm də bu tarixin sevinci və sevincdən doğan göz yaşları var. Arzu edirəm ki, hər zaman sevin və sevilin, ətrafınızda sizə dəyər verən insanlar olsun. 14 Fevralda həyatıma xoş gəldin!”

Diqqət çəkən məqam isə ekran işində müğənninin həyat yoldaşı F.Əmiraslanovun rol alması olub. Klipin rejissorluğu Rəşad Həsənova həvalə olunub. 

Rəşad Əliyev