Kreml: “Ankaranın rusların təhlükəsizliyini təmin edəcəyinə şübhəmiz yoxdur”

Kreml: “Ankaranın rusların təhlükəsizliyini təmin edəcəyinə şübhəmiz yoxdur”
16:14 14-02-2020 | icon 77

Rusiya və Türkiyə İdlibdəki vəziyyətlə bağlı yaxın təmasdadır.

“Haber Global” xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu həftə liderlərimiz arasında telefon danışığı oldu. Hərbi rəsmilərimiz görüşdü. Ekspert heyətlərimiz isə qarşılıqlı ziyarətlər həyata keçirir”, - deyə D.Peskov bildirib.

O həmçinin, Ankaranın Türkiyədə çalışan rusların təhlükəsizliyini təmin edəcəyindən əmin olduqlarını qeyd edib:

“Rəsmi Ankaranın Rusiyanın səfiri və bütün səfirlik personalı ilə yanaşı, bu ölkənin şirkətlərində çalışanların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirləri görəcəyindən şübhəmiz yoxdur”.