Daha bir güləşçimiz Ermənistan idmançısını Avropa çempionatında məğlub etdi

Daha bir güləşçimiz Ermənistan idmançısını Avropa çempionatında məğlub etdi
16:07 14-02-2020 | icon 284

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatında daha bir güləşçimiz erməni rəqibinə qalib gəlib.

milletinsesi.info xəbər verir ki, bu gün start verilən sərbəst güləşçilərin yarışında idmançılarımız mübarizəyə yaxşı qoşulub.

Belə ki, son Avropa çempionatının finalçısı Ağahüseyn Mustafayev (70 kq) ilk görüşünü Ermənistan idmançısı Qevorq Mxeyana qarşı keçirib.

Güləşçimiz rəqibini 15:8 hesabı ilə məğlub edib. Onun növbəti mərhələdə rəqibi belaruslu Viktor Serada olacaq.

Bundan başqa, təsnifat mərhələsində üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov (79 kq) gürcüstanlı Nika Kentçadze ilə 3:3-lük bərabərliyə nail olaraq 1/8 finala vəsiqə qazanıb. 

Səbuhi Musayev