Tikinti zamanı 10 il əvvəl basdırılmış üç cəsədin qalığı çıxdı

Tikinti zamanı 10 il əvvəl basdırılmış üç cəsədin qalığı çıxdı
15:28 14-02-2020 | icon 81

Tikinti zamanı 10 il əvvəl basdırılmış üç cəsədin qalığı tapılıb. Hadisə Rusiyanın paytaxtı Moskvada qeydə alınıb.  

Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər yayıb.

“Tikinti sahəsində qazıntı işləri aparılarkən işçilər üç nəfərin skeletləşmiş qalıqlarını tapıb”, - deyə məlumatda bildirilir.

İlkin məlumatlara görə, onlar 10 il əvvəl ölüb. Qalıqlar ekspertizaya yollanıb.

Faktla bağlı yoxlamalara başlanılıb.