Badamdarda yenidən torpaq sürüşməsi oldu

Badamdarda yenidən torpaq sürüşməsi oldu
13:07 14-02-2020 | icon 471

Bakının Səbail rayonunda yenidən sürüşmə baş verib.

Trend-in məlumatına görə, hadisə Səbail rayonu, Badamdar şosesinin ətrafındakı yamacda qeydə alınıb.

Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.

Xatırladaq ki, ərazidə artıq 3-cü dəfədir ki, sürüşmə olur.