Suriya ordusu İsrail raketini belə vurmağa çalışdı - VİDEO

Suriya ordusu İsrail raketini belə vurmağa çalışdı - VİDEO
11:28 14-02-2020 | icon 84

Suriya ordusu tərəfindən İsrail ordusuna məxsus raketin vurulmasını əks etdirən görüntülər yayımlanıb. 

 Lenta.ru məlumat verir ki, videonu “Twitter” hesabında jurnalist Babak Taqvey (Babak Taghvaee) yerləşdirib.

Qısa videoda səmada uçan hədəfin zenit raketi ilə zərərsizləşdirilməyə cəhd edildiyi görünür.

Qeyd edək ki, ötən gecə Suriyanın paytaxtı Dəməşq İsrail ordusunun raket hücumuna məruz qalıb.