Venesiyada bu qiymətə ada satışa çıxarılıb

Venesiyada bu qiymətə ada satışa çıxarılıb
09:56 14-02-2020 | icon 43

Venesiyada yerləşən adalardan biri satılır.

“Primapress” məlumat verir ki, bir neçə ev və qayıqlar üçün sığınacağı olan kiçik ada 3 martda hərraca çıxarılacaq. 

Adanın ilkin qiyməti 2,2 milyon avrodur.

Qeyd olunur ki, vaxtı ilə adada hərbi birləşmələr yerləşib. Daha sonra şirkətlərdən biri burada bahalı kurort yaratmağa çalışıb, lakin müflis olan şirkət bələdiyyə ilə razılığa gələrək, adanı satışa çıxarıb. 

Venesiyada son illərdə San-Klement və Sakka-Sessola adaları hərraca çıxarılaraq satılıb.