Çinli həkimlər koronavirusun asan müalicə yolunu tapıblar

Çinli həkimlər koronavirusun asan müalicə yolunu tapıblar
02:56 14-02-2020 | icon 84

Çinli həkimlər koronavirusa yoluxan insanlara bu xəstəlikdən sağalan şəxslərin plazmasını köçürərək müsbət nəticələr əldə ediblər.

“Sinhua” xəbər verir ki, bu metodika yetərincə səmərəli olduğunu sübuta yetirib.

Yeni metodun uğurlu olması barədə Uhan xəstəxanısının baş həkimi Çjan Dinyuy bildirib.

Mütəxəssislərin sözlərinə əsasən, xəstəlikdən sağalan bəzi insanların plazmasında koronavirusa qarşı mübarizədə kömək edən antikorlar aşkar edilib.

Bu antikorlar sayəsində koronavirusa yoluxanalar daha tez sağalırlar.