Türkiyədə qardan tunel yaratdılar - VİDEO

Türkiyədə qardan tunel yaratdılar - VİDEO
01:42 14-02-2020 | icon 134

Türkiyənin Hakkari vilayətində yağan qarın qalınlığı altı metri keçib. Bu barədə “Hürriyet” xəbər yayıb. 

Bildirilir ki, nəticədə Yüksekova rayon mərkəzindən 40 km məsafədə yerləşən Onbaşılar kəndinə yollar bağlanıb. Bu səbəbdən Hakkari vilayəti xüsusi idarəsi əməkdaşları işə başlayıb.

Məlumata görə, qar uçqunu təhlükəsinə baxmayaraq, işlər sürətlə davam edir.

Tunellərə bənzəyən yolları görənlər təəccüblərini gizlədə bilməyib. Bəziləri isə bu vəziyyətdən yararlanaraq xatirə şəkilləri çəkdirib.