Azərbaycanda minimum əməkhaqqı artırılacaq

Azərbaycanda minimum əməkhaqqı artırılacaq
21:07 13-02-2020 | icon 733

Azərbaycanda minimum əməkhaqqının mərhələlərlə artırılması nəzərdə tutulur.

milletinsesi.info xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb.