Boşanma ərəfəsində olan kişi qırx günlük uşağını bıçaqladı - FOTO

Boşanma ərəfəsində olan kişi qırx günlük uşağını bıçaqladı - FOTO
20:35 13-02-2020 | icon 86

Türkiyənin İstanbul şəhərində boşanma ərəfəsində olan kişi üç nəfəri bıçaqlayıb.

“Milliyet”in yaydığı xəbərə görə, hadisə şəhərin Avcılar ərazisində baş verib.

Xəbərdə bidirilir ki, 40 yaşlı Mehmet Çakmaktaş 44 yaşlı arvadı Əminə Çakmaktaşı, onun birinci ərindən olan 24 yaşlı qızı Özgə Gökbayrağı və 40 günlük körpələri Esilanı bıçaqlayıb.

Məlum olub ki, Mehmet Çakmaktaş “Atamın şəkli niyə yerə düşüb?” deyə arvadını və ögey qızını döyüb. Qadın körpə uşağı və qızı ilə qaçmaq istəyəndə kişi onların üçünü də bıçaqlayıb. Onların səsinə gələn qonşular tibb işçilərinə və polisə xəbər veriblər.

Hadisəni törədən M.Çakmaktaş tutulub.