Bakıda avtobus sürücüsü dispetçeri bıçaqladı

Bakıda avtobus sürücüsü dispetçeri bıçaqladı
18:49 13-02-2020 | icon 169

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə “Cantəpə” yaşayış massivində qeydə alınıb. 142 saylı marşrut avtobusunun sürücüsü ilə dispetçer, 1982-ci il təvəllüdlü Hüseynov Səxavət Zöhrab oğlu arasında mübahisə düşüb. Mübahisə zəminində sürücü S.Hüseynova bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsində araşdırma aparılır.

Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, 142 nömrəli münətəzəm marşrut xətti Manella MMC-nin müvəqqəti istismarındadır. Gündəlik olaraq bu xətt üzrə BNA-ya şikayət daxil olur. Həm istifadə olunan avtobusların texniki vəziyyəti, həm də sürücülərin peşəkarlığı sürücülərin psixoloji durumu qənaətbəxş deyil. Dəfələrlə daşıyıcı qarşısında məsələ qaldırılsa da, tədbirlər görülməyib. Bu səbəbdən də həmin xətt yaxın vaxtlarda müsabiqəyə çıxarılacaq. Mövcud daşıyıcı müsabiqə şərtlərinə cavab verməsə, təbii ki, onunla müvəqqəti istismara dair imzalanmış müqaviləyə xitam veriləcək.