"Amazon"un baş ofisi təcili təxliyyə edildi

"Amazon"un baş ofisi təcili təxliyyə edildi
17:35 13-02-2020 | icon 106

“Amazon” şirkətinin İspaniyanın Madrid şəhərində yerləşən baş ofisi təxliyyə edilib.

Bu barədə “Reuters” agentliyi informasiya yayıb.

Məlumata görə, təxliyyəyə binanın minalanması ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olmuş zəng səbəb olub.

Hazırda binada bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislərin iştirakı ilə axtarış aparılır.