Hadı Rəcəblinin dairəsi də ləğv edildi

Hadı Rəcəblinin dairəsi də ləğv edildi
17:22 13-02-2020 | icon 301

74 saylı Lənkəran Kənd Seçki dairəsindən qeydə alınmış namizəd Rəvan Bəşirov və Əzizxan Əzizov Mərkəzi Seçki Komissiyasına müraciət edib.

“MillətinSəsi.info” xəbər verir ki, seçki məntəqələri üzrə nəticələrin ləğv edilməsini tələb edib. Səslərin hesablanmasında və protokolların tərtib edilməsində seçki qanun vericiliyinin pozulduğu, protokolların müşahidəçilərə verilməməsi faktları öz əksini tapıb.

Müraciətlə bağlı MSK-nın katibi Qabil Orucov məlumat verib.
Onun sözlərinə görə, daxil olmuş müraciət barədə araşdırmalar aparılıb: "Bəlli olub ki, seçkiyə müdaxilə halları öz əksini tapıb. Yekun protokollarda seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən olunub. Bu pozuntular nəzərə alınaraq dairənin nəticələrinin ləğv olunması qanuna müvafiqdir".

Bir sıra məntəqələrdə seçicilərin iradəsinə müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunub. 27 seçki məntəqəsində seçkilərin nəticəsi etibarsız hesab edilib.

Beləliklə, MSK qərara alıb ki, 74 saylı Lənkəran seçki dairəsində seçkilərin nəticəsi etibarsız hesab edilsin.

Məsələ ilə Azxeber.com Hadi Rəcəbli ilə əlaqə saxlayıb.

Keçmiş deputat müxbirin sualına məhəl qoymadan yanındakı şəxsə “Qurtardı” deyərək dəstəyi asıb. Ona verilən sualları cavabsız qoyan Hadi Rəcəbli daha sonra telefonunu söndürüb.

Qeyd edək ki, sözügedən dairədən lider namizəd Hadı Rəcəbli olub.