Çingiz Qənizadənin nəticələri ləğv edildi

Çingiz Qənizadənin nəticələri ləğv edildi
16:49 13-02-2020 | icon 301

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb. 

milletinsesi.info-ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. 

O bildirib ki, 80 sayı İmişli-Beyləqan Seçki Dairəsinin seçki məntəqələrində pozuntu faktlarına dair müraciətlər daxil olub. 

O qeyd edib ki, ekspert qrupu müraciəti araşdırıb və 49 seçki məntəqəsindən 29-da pozuntuların olmasına dair qərara gəlib. 

“Qərar layihəsində bildirilib ki, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilsin”,-deyə A.Muxtarova məlumat verib. 

İclasda müvafiq seçki dairəsində seçkilərin nəticələri ləğv edilib.  

Azxəbər.com-un əməkdaşı nəticələrin ləğvi ilə bağlı Çingiz Qənizadə ilə əlaqə saxlayıb.

Keçmiş deputat bunları deyib: “İndi açıqlama vermək vaxtıdır? Bir imkan verin görək, prosesdə nə gedir. Qoyun görək, nə olur”.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, Çingiz Qənizadə həmin dairədə lider namizəd idi.