206 sərnişin olan təyyarədə qapını açmaq istəyən sərnişinə hökm oxunub - VİDEO

206 sərnişin olan təyyarədə qapını açmaq istəyən sərnişinə hökm oxunub - VİDEO
15:07 13-02-2020 | icon 148

Londondan Türkiyənin Dalaman şəhərinə reys həyata keçirən təyyarədə qapını açmağa çalışan Xloi Heynsə hökm oxunub. O, iki il müddətinə azadlıqdan məhrum edilib. 

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Qeyd edək ki, hadisə ötən il baş verib. Həmin vaxt Heyns “ölmək istəyirəm”, “hamınızı öldürəcəyəm” ifadələri ilə göyərtəsində 206 sərnişin olan təyyarədə qapını açmağa çalışıb.

O, heyət üzvləri tərəfindən saxlanılıb. Təyyarə isə Kraliyyət Hava Qüvvələrinə aid iki qırıcının müşayiəti ilə Londonda “Stansted” Hava limanına geri qayıdıb.