Atalığının ildönümündə iştirak etməyənləri öldürdü

Atalığının ildönümündə iştirak etməyənləri öldürdü
14:14 13-02-2020 | icon 60

Rusiyanın Tümen vilayətində gənc oğlan qətl törədib.

Tumen.kp.ru-nun vilayət Prokurorluğuna istinadən yaydığı xəbərə görə, 21 yaşlı oğlan nənəsini və onun birgə yaşadığı kişini öldürüb.

Xəbərdə bildirilir ki, o, həmin şəxsləri atalığının ildönümü mərasimində iştirak etmədikləri üçün qətlə yetirib.

Qətli törətdikdən sonra 21 yaşlı gənc hadisəyə nənəsinin birgə yaşadığı kişini öldürüb, daha sonra isə intihar etdiyi kimi “don geyindirib”.

O, kişini bir neçə dəfə bıçaqlayıb, sonra da həmin bıçağı ölmüş qadının əlinə qoyub.

Hadisəni törədən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.