Türkiyəli ulduz futbolçunun yeni sevgilisi ilə ilk fotosu

Türkiyəli ulduz futbolçunun yeni sevgilisi ilə ilk fotosu
13:49 13-02-2020 | icon 67

Bir müddət əvvəl həyat yoldaşı Esra Bilgiçlə ayrılan türkiyəli ulduz futbolçu Gökhan Töre yeni sevgilisi Buket Büyükdere ilə sosial şəbəkədə ilk fotosunu paylaşıb.

Bu barədə Türkiyənin Sondakika.com saytı yazıb.

G.Törenin yeni sevgilisi B.Büyükdere Mimar Sinan Universitetinin məzunudur. Memarlıq fakültəsindən 2017-ci ildə məzun olan Büyükdere hazırda Türkiyədəki şirkətlərin birində ixtisası üzrə çalışır.

Şəxsi həyatı ilə bağlı məlumatları gizlətməyə səy göstərən G.Törenin bu paylaşımı izləyiciləri tərəfindən təəccüblə qarşılanıb.