Milli Məclisin deputatı Cavanşir Paşazadənin şirkəti üzə çıxdı - FOTOFAKT

Milli Məclisin deputatı Cavanşir Paşazadənin şirkəti üzə çıxdı - FOTOFAKT
13:46 13-02-2020 | icon 624

"AZƏR CƏNUB" MMC Paşazadələrin banan xurma, baharat biznesini həyata keçirən şifkətdir. 2002-ci ilin noyabrında qeydiyyatdan keçib. NİZAMNAMƏ KAPİTALI 3 109 370.00 manatdır. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yaydığı məlumata görə,  təsisçisi və qanuni təmsilçisi Milli Məclisin deputatı CAVANŞİR PAŞAZADƏDİR. Hüquqi ünvanı Astara rayonu, Gənclər küçəsi 1-dir:

"Yadınızdadır, Şeyxin saxtakarlıqla deputat mandatı almış qardaşı nə demişdi?
Demişdi ki, "mən də istəyərdim ki, biznesim olsun, amma təəssüf ki yoxdur".
Şeyx də, qardaşı da qırmızı-qırmızı üzə durmuşdu, dirəşmişdi ki, Çexiya reyestr xidmətindən əldə etdiyim sənədlər saxtadır. Altlnda möhürlərini, imzalarını dandılar."

P.S. Məsələ ilə bağlı adları çəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfində münasibətin dərc etməyə hazırıq.

84730486_180314816560579_2997577703034454016_n