Milyonçunun hovuzuna helikopterdən heyvan atdılar – VİDEO

Milyonçunun hovuzuna helikopterdən heyvan atdılar – VİDEO
18:28 16-01-2020 | icon 338

Helikopterdən hovuza atılan heyvan barədə görüntülər sosial mediada müzakirələrə səbəb olub.

Məlum olub ki, hadisə Uruqvayda baş verib. Kadrlar isə argentinalı milyonçu Federika Alvares Kastilyonun evində qeydə alınıb.

Bu barədə “Daily Mail” xəbər verib. 

Milyonçunun xanımı model Lara Bernaskoni yerli KİV-ə bunun quzu olduğunu bildirsə də, sosial şəbəkə istifadəçiləri kadrlardakı heyvanı daha çox donuza bənzədiblər.

Video yayıldıqdan sonra baş verənlərə görə, Kastilyo ittiham olunub. Bəzilərinin fikrincə, o, bununla özünü gündəmə gətirmək istəyib.

Kastilyo isə bu şaiyələri təkzib edərək, sözügedən vandallıqda əli olmadığını bildirib:

“Hadisə baş verərkən biz evdə idik. Bağçadan səs eşitdik, baxmaq üçün çıxdıq və bu iyrənc mənzərə ilə rastlaşdıq. Bu acı zarafat bizi çox məyus edib”.