Prezident Əli Nağıyevə yeni vəzifə verdi

Prezident Əli Nağıyevə yeni vəzifə verdi
17:07 16-01-2020 | icon 13944

Prezidentin “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2004-cü il 15 noyabr tarixli 519 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncamında dəyişiklik edilib. 

milletinsesi.info-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncamla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilib.

Komissiyanın sədri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (Əli Nağıyev) təyin olunub. 

Müdafiə nazirinin müavini, Daxili İşlər nazirinin müavini, Xarici İşlər nazirinin müavini, Ədliyyə nazirinin müavini, Səhiyyə nazirinin müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru (Xanlar Vəliyev), Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri (Azay Quliyev)  AZƏRTAC-ın İdarə Heyətinin sədri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Komissiyanın üzvləri olublar. 

Komissiyanın katibi isə Dövlət Komissiyasının işçi qrupunun rəhbəridir. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.