“Barselona”nın futbolçusu model sevgilisindən ayrıldı - FOTO

“Barselona”nın futbolçusu model sevgilisindən ayrıldı - FOTO
15:35 16-01-2020 | icon 198

“Barselona” klubunun çilili yarımmüdafiəçisi Arturo Vidal fitnes-model sevgilisi Sonya İsazadan ayrılıb. 

Türkiyənin “Hürriyet” qəzeti məlumat verir ki, İtaliyanın “İnter” klubuna keçidi gözlənilən futbolçu “Instagram”da üç milyona yaxın izləyicisi olan sevgilisi Sonya İsazadla olan bütün şəkillərini sosial şəbəkə hesablarından silib.

Bəzi idman nəşrləri isə Vidalın bu addımını “Barselona”nın yeni baş məqçisi Kike Setyenin etimadını qazanmaq üçün etdiyini yazırlar.