Rusiyada azərbaycanlının məhkəməsi olacaq

Rusiyada azərbaycanlının məhkəməsi olacaq
14:21 16-01-2020 | icon 68

Rusiyanın Kareliya Respublikasında azərbaycanlının məhkəməsi olacaq.

Rk.kareliya.ru-nun məlumatına görə, o, ölkə ərazisində qanunsuz yaşadığına görə ittiham edilir.

Qanuna görə, miqrantlar rəsmi qeydiyyata düşmədiklərinə görə ölkədən deport olunur və cərimə ödəməyə məcbur edilirlər. Onlar növbəti beş il ərzində Rusiyaya gedə bilməzlər.

Bildirilir ki, ötən il ərzində respublika ərazisindən çıxarılan 63 miqrantın arasında azərbaycanlılar da olub.