Təyyarədə dava salan azərbaycanlıya hökm oxundu - FOTO

Təyyarədə dava salan azərbaycanlıya hökm oxundu - FOTO
14:14 16-01-2020 | icon 58

Rusiyada Orenburq-Moskva reysində dava salan azərbaycanlıya hökm oxunub.

Orenday.ru-nun xəbərinə görə, 37 yaşlı azərbaycanlı sərnişinləri və ekipaj üzvlərini təhqir edib, yerində oturub kəmərini bağlamayaraq, problem yaradıb.

Onun belə vəziyyət yaratması nəticəsində təyyarənin uçuşu 36 dəqiqə gecikib.

Məhkəmənin qərarı ilə o, iki il bir ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə azərbaycanlı uçuşu gecikdirdiyi üçün 34 259 rubl (təxminən 949 AZN - red.) cərimə ödəməlidir.