Rusiyada azərbaycanlının avtomobilini oğurlayanlar saxlanıldı

Rusiyada azərbaycanlının avtomobilini oğurlayanlar saxlanıldı
13:49 16-01-2020 | icon 72

Rusiyanın Sankt-Peterburq şəhərində “Elizarovski” ticarət mərkəzində azərbaycanlının avtomobilini oğurlayıblar.

Fontanka.ru-nun xəbərinə görə, 41 yaşlı azərbaycanlı arvadı ilə ticarət mərkəzində olanda ona məxsus “Range Rover Evoque” markalı avtomobil oğurlanıb.

Bu zaman onların tanışı avtomobildə olub. Üç nəfər onu silahla hədələyərək avtomobili oğurlayıblar.

Azərbaycanlının müraciətindən sonra polis avtomobili Laqolovo kəndində tapıb.

Oğrulardan ikisi - 42 yaşlı İnquşetiya vətəndaşı və həmyaşıdı Ermənistan vətəndaşı polis tərəfindən saxlanılıb.

Oğurlanan avtomobili “Audi Q7” ilə təqib edən slavyan olduğu təxmin edilən üçüncü şəxs axtarışdadır.