Ələt xüsusi iqtisadi zonanın fəaliyyətinin təmin edilməsi üçün xüsusi tədbirlər nəzərdə tutulur

Ələt xüsusi iqtisadi zonanın fəaliyyətinin təmin edilməsi üçün xüsusi tədbirlər nəzərdə tutulur
13:35 16-01-2020 | icon 315

2020-ci ildə Ələt portunun tam yaxınlığında yerləşən Ələt xüsusi iqtisadi zonanın fəaliyyətinin təmin edilməsi üçün xüsusi tədbirlərin görülməsi nəzərdə tutulur. 

milletinsesi.info xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. 

O bildirib ki, 2020-ci ilin dövlət investisiya proqramında bu məqsədlər, infrastrukturun yaradılması, zəruri işlərin həyata keçirilməsi üçün artıq vəsait nəzərdə tutulub:

“Zonanın idarəedicisi təyin edilib və hazırda oradadır. Ümumilikdə bu il sənaye zonalarında olan bir sıra layihələrin başa çatdırılması planlaşdırılır. Bəzi layihələr isə fevral ayında yekunlaşacaq”.

Könül Cəfərli