Bakıda maşın vəzifəli şəxsin üstündən keçdi - TƏFƏRRÜAT

Bakıda maşın vəzifəli şəxsin üstündən keçdi - TƏFƏRRÜAT
12:42 16-01-2020 | icon 345

Yanvarın 13-də axşam saatlarında Xəzər rayonu Binə qəsəbəsində baş vermiş ağır yol nəqliyyat-hadisəsi nəticəsində vəfat edən şəxsin Ədliyyə Nazirliyinin əməkdaşı olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobilinin üzərindən keçdiyi 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin komendantı olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb.

Bildirilir ki, hadisə M.Ağayev yolun kənarında dayanarkən baş verib. Hadisə nəticəsində onun bədəni hissələrə ayrılıb.