Beyləqanda Məhəmməd Qələndərov Şahin İsmayilovun təkrar deputat olması üçün canfəşanlıq edir

Beyləqanda Məhəmməd Qələndərov Şahin İsmayilovun təkrar deputat olması üçün canfəşanlıq edir
12:15 16-01-2020 | icon 399

Ötən yazımız da qeyd etdiyimiz kimi Beyləqan rayon seçiciləri 81 saylı DSK-da YAP-ın namizədi Şahin İsmayilovu təkrar namizəd olmasını qəbul etmir.

Səbəb isə Şahin İsmayilovun 4 il ərzində rayonda deputat fəaliyyəti ilə məşğul olmamasıdır. Rayon əhalisinin etirazına baxmayaraq, bəzi vəzifədən qovulmuş, cinayətkar ünsürlər itirdiyi əvvəlki vəzifələrini elə keçirmək üçün Şahin İsmayilovun təkrar deputat olması üçün canfəşanlıq edir.

Belələrindən biri də Beyləqanda icra başçısının sabiq müavini, vəzifəsindən sui-istifadə edib, varlanmaq məqsədilə cinayət törətmiş, yoxsul ərbabdan milyonerə çevrilmiş və vəzifədən qovulmuş Məhəmməd Qələndərovdur. O, müavin vəzifəsindən qovulsa da, törətdiyi cinayətlərə görə, həbs olunmaqdan yayınıb və yenidən vəzifə əldə etmək üçün YAP Beyləqan Rayon Təşkilatının sədr müavini kimi bütün seçkilərin saxtalaşdırılmasına rəhbərlik edib və bu gün də, bu saxtakarlıqla məşğuldur.

Beyləqan əhalisi Məhəmməd Qələndərovun hansı yuvanın "quşu" olduğunu, bu gününü və keçmişini, nəfəsi də rüşvət və haramla aldığını çox yaxşı bilir.

Beyləqanda Xasay Əhmədovun, İrşad Əliyevin və Vaqif Abdullayevin icra başçısı işlədiyi dövrlərdə müavin kimi, "kassir" fəaliyyətilə məşğul olub və milyonlarla haram qazanıb. Məhəmməd Qələndərov vəzifədə olduğu bütün dövrlərdə icra başçılarının buyruq qulu, eşik ağası, rüşvətyığanı olub, çörəyini yediyi, suyunu içdiyi sadə beyləqanlılara isə düşmənçilik edib və bu gün də edir.

Məhəmməd Qələndərov rayona gələn vəzifəlilərin "xoşuna gəlmək üçün" irsi xəstəlik və xəyanətkarlığını, satqınlıgını indi də davam etdirir və Şahin İsmayılovun imkanlarından istifadə edib, haram qazanc əldə etmək üçün yenə cilddən-cildə girməklə məşğuldur.

Bu səbəbdən Beyləqan rayon sakinləri seçki günü ayıq olmalı, bu adamın hiyləsinə uyub, saxtakarlığa imkan verməməlidir.

Məhəmməd Qələndərov yenidən Şahin İsmayilovun vəkili cildində hansı kəndə gəlsə, kənd sakinləri onu qovmalıdır, çünki o, rayondan saxta yolla deputat mandatı almış deputatların "göbək kəsənliyi"ni edib, yenə də bu eşqə düşüb.

Növbəti yazımızda Məhəmməd Qələndərovun rüşvət və korrupsiya vasitəsilə əldə etdiyi Beyləqanda və Bakıda olan evləri, obyektləri barədə ətraflı məlumatla tanış olacaqsınız.

MillətinSəsi.info