“Qarabağ” Bakıda Lüksemburq klubu ilə heç-heçəyə görə pul aldı

“Qarabağ” Bakıda Lüksemburq klubu ilə heç-heçəyə görə pul aldı
12:14 16-01-2020 | icon 308

UEFA “Qarabağ”a 260 500 avro pul ayırıb.

milletinsesi.info xəbər verir ki, Avropa Liqası turnirinin qrup mərhələsində qələbə və heç-heçələr üçün müəyyənləşdirilən, həmçinin, əlavə bonusların paylanması qaydası əsasında bu pul Ağdam klubunun balansına köçürülüb. 

Bu turnirin qrup mərhələsinin 4-6-cı oyun günlərində isə “Qarabağ” yalnız son turda Bakıda Lüksemburq “Düdelanj”ı ilə heç-heçə (1:1) edib. Həmin heç-heçəyə görə 190 min, əlavə bonuslara görə 70 500 avro kluba AFFA vasitəçiliyi ilə verilib.

Səbuhi Musayev