Pənahov rekord göstəricidən danışdı

Pənahov rekord göstəricidən danışdı
10:35 16-01-2020 | icon 99

Milli Məclisə seçkilərlə əlaqədar 1534 deputatlığa namizəd qeydə alınıb.

milletinsesi.info-ın məlumatına görə, bunu Avropa Şurasının Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında MSK sədri Məzahir Pənahov deyib. 

O bildirib ki, bu rəqəm rekord göstəricidir. 

M.Pənahov əlavə edib ki, MSK seçki ilə bağlı media ilə sıx əməkdaşlıq edir. 

O, jurnalistlərə seçki prosesinin qanun çərçivəsində aktiv işıqlandırılması üçün müraciət edib. 

MSK sədri bildirib ki, təşviqat kampaniyası seçki prosesində mühüm əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

Aqşin Kərimov