Bakıda 45 yaşlı kişi evdən çıxdı, geri qayıtmadı

Bakıda 45 yaşlı kişi evdən çıxdı, geri qayıtmadı
10:07 16-01-2020 | icon 823

Bakıda 45 yaşlı kişi itkin düşüb. 

milletinsesi.info xəbər verir ki, yanvarın 15-i paytaxtın Binəqədi rayonu, A.Məmmədov küçəsində yaşayan 1975-ci il təvəllüdlü ikinci qrup əlil olan Zaur Abdullayev evdən çıxıb və geri qayıtmayıb. 

Bu barədə hüquq-mühafizə orqanlarına onun anası Y.Abdullayeva məlumat verib. 

Faktla bağlı araşdırma aparılır.