Bakıda kişi dozadan artıq narkotikdən öldü

Bakıda kişi dozadan artıq narkotikdən öldü
09:49 16-01-2020 | icon 287

Bakıda dozadan artıq narkotik qəbul edən kişi ölüb.  

milletinsesi.info xəbər verir ki, hadisə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində qeydə alınıb. 

Belə ki, 1981-ci il təvəllüdlü Hüseynov Ceyhun Vahid oğlu narkotik maddəni dozadan artıq qəbul etdiyindən 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. 

Narkomaniyadan əziyyət çəkən C.Hüseynov xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva